CompTech şirkəti sizə Serverlərin sıfırdan qurulmasını ve ya mövcud serverlərin optimallaşdırılmasını və nəzarətini ən keyfiyyətli,ən təhlükəsiz ve ən sərfəli şəkildə təmin edir..!!!
Qısaca Server nədir? deyə açıqlasaq, şəbəkədə olan istifadəçilərə informasiya, fayl və resurs paylaşımı edən , ən əsası üstün özəliklərə sahib olan xidmət göstərən komputerlərə Serverlər deyilir...Basqa sözlə desək böyük həcmdə informasiyanın emalı üçün nəzərdə tutulmuş və sutka boyu xüsusi informasiya xidmətlərinin fasiləsiz işini təmin edən xüsusi kompüterdir. Server- istifadəçilərin Internet şəbəkəsinə çıxışının təmin olunması və idarə edilməsi, elektron məktubların göndərilməsi və qabul edilməsi, məlumatların saxlanılması və onlardan istifadə qaydalarının müəyyən edilməsi kimi işləri yerinə yetirir.
Active Directory – başqa sözlə Mərkəzi İdarəetmə Sistemi. Active Directory vasitəsi ilə şəbəkədə olan bütün obyeklarə (istifadəçi, kompüter, printer, fayl, qovluq və s.) vahid mərkəzdən həm nəzarət etmək həmdə bu obyekləri idarə etmək mümkündür.
File Server – böyük həcmdə yaddaşa malik və fayl əməliyyatlarının (faylların yazılmazı/oxunması) icrası üçün optimallaşdırılmış xüsusi kompüterdir. Fayl Serverin əsas təyinatı istənilən formatda olan (doc, xls, mp3, jpg, pdf və s.) faylları saxlamaq və onların təhlükəsizliyini təmin etməkdir. İri şəbəkələrdə fayl server xüsusi “şəbəkə əməliyyat sistemi ” vasitəsi ilə idarə olunur.
Internet Server (Gateway, router, firewall) – müxtəlif şəbəkələri birləşdirən və bu şəbəkələr arası informasiya mübadiləsinə nəzarət edən xüsui cihaz və yaxud proqram təminatıdır. Əsas təyinatı aşağıdakılardır:
Lokal şəbəkə istifadəçilərinin internet şəbəkəsinə mərkəzləşdirilmiş çıxışını təmin etmək (lokal şəbəkə ilə Internet şəbəkəsini birləşdirmək);
inernet şəbəkəsindən lokal şəbəkəyə qanunsuz müdaxilə cəhtlərinin (şəbəkə hücumları) qarşısını almaq
Istifadəçilərin internet şəbəkəsindəki fəaliyyətinə nəzarət etmək
internet trafikini viruslardan təmizləmək
... və sair
Proxy (vasitəçi) Server – Istifadəçilərin digər şəbəkə xidmətlərinə, dolayı çıxışını təmin edən şəbəkə proqramıdır. Əsas təyinatı aşağıdakılardır:
Lokal şəbəkədəki kompüterlərin internet-ə çıxışını təmin etmək
Təkrar müraciət edilən veb səhifələrin daha tez yüklənməsini təmin etmək
internet–dən qəbul edilən məlumatları sıxaraq trafikə qənaət etmək
Lokal şəbəkəni kənar müdaxilələrdən müdafiyə etmək
Lokal istifadəçilərin internet–dən istifadəsinə nəzarət etmək
Print Server – təşkilatlarda printerin kollektiv istifadəsinə imkan yaradan xüsusi cihazdır. Print server vasitəsi ilə bir printerdən həm simli həm də simsiz (wi-fi) şəbəkənin istifadəçiləri ortaqlı istifadə edə bilərlər. Bundan başqa şəbəkəyə qoşulmuş adi kompüterdəndə print server kimi istifadə etmək mümkündür. Bunun üçün proqram təminatı vasitəsi ilə kompüterə qoşulmuş printerlərə, şəbəkə vasitəsi ilə digər istifadəçilərin istifadə edə bilməsi üçün icazə vermək lazımdır.
Mail server – elektron məktubların bir kompüterdən digər kompütrə ötürülməsini təmin edən xüsusi kompüter proqramıdır. Bir çox hallarda şirkətlər digər təşkilatların (internet provayderin, Hosting provayderin) “mail server” –indən istifadə etdirlər. Lakin təşkilatda şəxsi mail serverin quraşdırılmasının bir sıra üstünlükləri var. Bu üstünlüklərdən aşağıdakıları sadalamaq olar:
Elektron məktubların göndərilməsinə və qəbuluna tam nəzarət edə bilmək imkanı
İstənilən sayda poçt qutusu yaratmaq
Limitsiz sayda elektron məktub göndərmək
Göndərilən və qəbul edilən bütün məktubların ehtiyyat surətinin çıxartmaq (mail backup)
Və sair...