Biz adətən rüşvət hadisələrini adi bir xəbər kimi oxuyuruq. “Filan ölkədə filan məmur pul aldı, filan şirkət bu yolla müqavilə qazandı…” deyib keçirik. Amma bəzən elə bir hadisə olur ki, onun arxasında qurumların niyə çökdüyü, nə üçün GRC sistemlərinin işləmədiyi və nəticədə bir ölkənin necə zərər gördüyü aydın şəkildə görünür. Ekvadorda baş verən Carlos Polit hadisəsi belə nümunələrdəndir.
Carlos Ramon Polit – Ekvadorun Baş Kontroloru. Yəni dövlətin maliyyə nəzarətçisi. Onun işi dövlət pullarının necə xərcləndiyini yoxlamaq idi. Əgər bir müqavilə şübhəliydisə, ilk olaraq onu Polit tapmalı və qarşısını almalıydı. Amma nə baş verdi?
2010–2015-ci illər arasında Braziliyanın nəhəng inşaat şirkəti Odebrecht, Ekvadorda bir neçə böyük layihə əldə etmək üçün Polit-ə milyonlarla dollar “hədiyyə” verdi. Söhbət təxminən 10 milyon dollardan gedir. Rəsmi olaraq "komissiya", "konsultasiya haqqı" kimi görünən ödənişlər əslində Polit-in susması üçün verilmiş "hədiyyələr" idi.
O, sadəcə susmaqla kifayətlənmədi. Hətta saxta sənədlərlə, hesabatlarla şirkətin yolunu təmizləməyə kömək etdi. Nəticədə Odebrecht Ekvadorda istədiyi müqaviləni aldı. İctimaiyyət isə nə baş verdiyini bilmədi. Ta ki ABŞ-da iş açılana qədər.
Burada maraqlı məqam başlayır. ABŞ şirkəti olmasa da, ödəmələr ABŞ bankları üzərindən keçdiyi üçün iş FCPA (Foreign Corrupt Practices Act) qanununa daxil oldu. ABŞ-da bu qanunla xarici məmurlara rüşvət vermək qadağandır – və buna görə təkcə şirkət yox, məmurun özü də məsuliyyət daşıya bilər.
Polit ABŞ-da saxlanıldı. Ona qarşı ittiham: pul yuyulması, saxta sənəd dövriyyəsi, korrupsiya və daha çoxu idi. Hazırda məhkəmə prosesi gedir.
Ən maraqlısı odur ki, bu qədər böyük pozuntular baş verərkən, həm Odebrecht-in daxilində, həm də Ekvador hökumətində heç bir risk sistemi, daxili nəzarət sistemləri bu prosesə əngəl ola bilmədi.
Əgər GRC normal işləsəydi:
Amma bunların heç biri olmadı. Çünki GRC kağız üzərində idi. Praktikada isə ya forma üçün var idi, ya da tamamilə yox idi.
Bu hadisə sübut edir ki, GRC sənəd deyil, davranış sistemidir. Kağızda yazılan risk siyasəti, etik kodeks və audit proseduru o vaxt mənasızdır ki, işçilər ona əməl etmir, rəhbərlik isə göz yumur.
GRC işləməyəndə təkcə şirkət zərər görmür. Bir ölkənin reputasiyası, iqtisadiyyatı, xalqın etimadı zərbə alır.
Yəni məsələ sadəcə "rüşvət verildi" deyil. Məsələ budur: bir ölkənin gələcəyinə sadəcə susaraq xəyanət edildi.
Ən qısa zamanda Sizinlə əlaqə saxlayacağıq