Comptech Solutions şirkəti serverlərin professional şəkildə qurulması və idarə olunması sahəsində ixtisaslaşmış texniki komanda ilə xidmət göstərir. Server infrastrukturu hər bir müəssisənin informasiya sistemlərinin əsas sütunudur və düzgün planlaşdırılmadıqda biznesin davamlılığı risk altına düşə bilər. Biz müştərilərimizin mövcud və gələcək ehtiyaclarını nəzərə alaraq, sabit, miqyaslana bilən və təhlükəsiz server mühitləri yaradırıq.
Serverlərin qurulması prosesi yalnız texniki konfiqurasiya deyil, həm də uzunmüddətli etibarlılığın təmin olunması deməkdir. Hər bir layihə üçün uyğun əməliyyat sistemi (Windows Server, Linux və s.), virtualizasiya mühiti, ehtiyat nüsxə və təhlükəsizlik parametrləri öncədən planlaşdırılır. Avadanlıqların seçimi, RAID strukturlarının yaradılması, domen inteqrasiyası və şəbəkə bağlantılarının optimallaşdırılması – bütün mərhələlər beynəlxalq standartlara əsasən icra olunur.
Qurulan serverlər yüksək performanslı, enerjiyə qənaətcil və təhlükəsiz işləməsi üçün test edilir. İstər fiziki, istər virtual server olsun, sistemləriniz 24/7 monitorinq altında saxlanılır və istənilən problemə operativ müdaxilə təmin edilir.
Ən qısa zamanda Sizinlə əlaqə saxlayacağıq