Comptech Solutions şirkəti müəssisələr üçün İnformasiya Təhlükəsizliyi (InfoSec) sistemlərinin sıfırdan layihələndirilməsi və qurulması üzrə xidmətlər təqdim edir. Məqsədimiz təkcə antivirus və firewall quraşdırmaq deyil, məlumatlarınızı siyasətlər, prosedurlar, texniki nəzarətlər və monitorinq ilə birgə qoruyan tam təhlükəsizlik ekosistemi yaratmaqdır.
InfoSec xidmətlərimiz çərçivəsində biz şirkətinizin mövcud vəziyyətini analiz edir, riskləri müəyyənləşdirir və beynəlxalq standartlara (ISO 27001, NIST və s.) uyğun təhlükəsizlik çərçivəsi formalaşdırırıq. Buraya giriş nəzarəti (access control), şifrələmə, loglama və monitorinq, hesab idarəetməsi, parol və MFA siyasətləri, data təsnifatı və digər nəzarət mexanizmləri daxildir.
Hazırladığımız InfoSec sistemi həm texniki, həm də təşkilati səviyyədə işləyir: daxili qaydalar, istifadəçi məsuliyyətləri, insidentlərin idarə edilməsi, backup və disaster recovery prosesləri aydın şəkildə tərtib olunur. Nəticədə siz təkcə “qorunursunuz” deyil, həm də müştəriləriniz və partnyorlarınız qarşısında etibarlı və standartlara uyğun bir şirkət imici formalaşdırırsınız.
Comptech Solutions ilə InfoSec sistemlərini quraraq, biznesinizin informasiya aktivlərini idarə olunan, ölçülə bilən və davamlı təhlükəsizlik modeli ilə qorumuş olursunuz.
Ən qısa zamanda Sizinlə əlaqə saxlayacağıq