Penetrasiya testi (Pentest) şirkətinizin İT infrastrukturunda, şəbəkələrində, tətbiqlərində və istifadəçi mühitində mövcud ola biləcək zəiflikləri real hücuma bənzər üsullarla aşkar etmək üçün həyata keçirilən təhlükəsizlik yoxlamasıdır.
Comptech Solutions mütəxəssisləri beynəlxalq metodologiyalar (OWASP, PTES, OSSTMM) üzrə sistemli və dərin təhlil aparır, hər bir zəifliyi təsnif edir və risk səviyyəsinə uyğun detallı hesabat təqdim edir.
Pentest xidmətləri sayəsində şirkətiniz kiberhücumlara qarşı nə dərəcədə dayanıqlı olduğunu ölçür, zəiflikləri hələ istismar olunmadan aradan qaldırır və ümumi təhlükəsizlik səviyyəsini yüksəldir.
Xidmətə daxildir:
Şəbəkə pentesti (Network Pentest)
Veb tətbiq pentesti (Web Application Pentest)
Mobil tətbiq pentesti
Sosial mühəndislik testləri
Sızma sonrası (post-exploitation) analiz
Zəifliklərin aradan qaldırılması üçün tövsiyələr
Ən qısa zamanda Sizinlə əlaqə saxlayacağıq